IQNA

Ayətullah Sistani: Müsəlman idarəçilər İmam Əlinin (ə) tövsiyələrinə əməl etməlidirlər

9:07 - February 26, 2021
Xəbər sayı: 3489349
Mütəal Allahdan istəyirəm ki, hamımızın əlindən tutsun və bizləri hidayət yoluna yönəltsin, nəfsani arzulardan uzaqlaşdırsın. Müvəffəqiyyət və uğur sadəcə Allahın əlindədir.

İslam Aləminin böyük mərcəi təqlidlərindən olan Ayətullahül Üzma Seyid Əli Sistani “Nəhcul Bəlağa” kitabının önəmi haqqında ona ünvanlanan sualın cavabında xüsusilə müsəlman idarəçilərin İmam Əlinin (ə) təqdim etdiyi təlimatlara əməl etməkdə mükəlləf olduqlarını vurğulayaraq “Hər müsəlman idarəçi özünü İmam Əlinin (ə) vəzifə verdiyi bir məmur olaraq görməli və işlərini İmam Əlinin təlimatlarına nə qədər yaxın olduğunu ölçməlidir.”, -deyə bildirib.

1433-cü il Rəcəb ayının 26-cı günündə Ayətullah Sistaniyə ünvanlanan sual və cavabı təqdim edirik:

Sual: Bismillahir Rəhmanir Rəhim.

Böyük təqlid mərcəsi Ayətullahül Üzma Sistani Allahın salamı, rəhmət və bərəkətləri sizə olsun.

“Nəhcül Bəlağa” kitabı haqqında daima müsəlmanlar üçün yadda qalan bir cümlə deməyinizi xahiş edirik.

Cavab: Bismillahir Rəhmanir Rəhim

Bu kitabda möminlərin əmirindən qeyd edilən sözlər  Mütəal Allahın kəlamı və Peyğəmbərin (s) sözlərindən sonra sözlərin zirvəsində olan cümlələrdir. O sözlərdə varlıq aləmi və ondakı həqiqətlər üzərində fitri olaraq düşünmə tərzi təqdim olunmuşdur. Həmçinin İslam dininin təməl prinsipləri və təlimlərilə yanaşı həyatdakıı hikmətlərlə insan həyatının üzərində inşa edilən və dəyişməyən qayda – qanunlar açıqlanmışdır.

Eyni zamanda nəfsi zəkiyyə edib inkişaf yolları ilə şəriətin hədəfləri və şəriətdən çıxarılan hökmlər bəyan edilmişdir. Bundan başqa hökmdarlıq ədəbi, hökümət etmənin qaydaları və onunla yanaşı Allaha həmd-səna qaydası, Allahın hüzurunda dua və münacat qaydası öyrədilməklə yanaşı, bir çox fərqli mövzulara da yer verilmişdir.

Bu kitab digər yönü ilə Peyğəmbərin (ə) vəfatından sonra meydana gələn hadisələr, xüsusilə İmam Əlinin (ə) xilafəti dönəmilə əlaqəli hadisələri günümüzə gətirib çıxaran həqiqi bir tarixi mənbə olma gücündədir. Buna görə, Peyğəmbərin xüsusiyyətləri, əxlaqı, davranış xüsusiyyətləri, elmi və fiqhi bu kitabda mövcuddur.

Bütün müsəlmanlar dini işlərində bu kitabdan faydalanmalıdırlar, nəfslərini təzkiyə mövzusunda onun təlimlərini prioritet saymalıdırlar. Hər kəsə – xüsusilə də gənclərə tövsiyəm budur ki, onu oxumaq və üzərində düşünmək üçün səy göstərsinlər, onun bir bölümünü əzbərləyib hifz etsinlər. Eynilə İmam Əlini (ə) sevdiklərini iddia edənlər “kaş onun zamanında yaşasaydıq nəsihətlərindən feyz alardıq, tapşırıqlarına əməl edib, izindən getsəydik” deyə ona həsrət duyanlar, bu kitabdan istifadə edərək həsrətlərini sona çatdırıb, arzularını çin edə bilərlər.

İmam Əli (ə) Cəməl müharibəsi haqda deyir: “Bu müharibədə mənə yardım edənlər hələ atalarının sülbündə və analarının rəhimlərindədir.”

Onun bu cümlədən məqsədi budur ki, İmamın (ə) vaxtında hazır olub onun təlimatlarına əməl etmə arzusunda olanların niyyətlərinin düzlüyünü Mütəal Allah bilir. Bunlar Qiyamət günü hər qövm – yaxşı və ya pis – öz imamları ilə məhşərə gələrkən Allah dostları ilə həşr olunacaqlar.

Bunun səbəbi isə onların Mövla Əlinin (ə) təlimlərinə ən kiçik şübhəyə düşməməklə, heç bir bəhanə gətirmədən canla-başla əməl etmiş olmalarıdır.

Müsəlman idarəçilərə yaraşan şey, İmam Əlinin (ə) idarəçilər üçün açıqladığı vəzifələrə əməl etmək və onun bu mövzudakı təlimatlarını icra etməkdir.

Müsəlman idarəçilər İmam Əlinin izilə getmələri üçün səy etməli, özlərini İmam Əlinin (ə) təyin etdiyi vali və idarəçilər olaraq görməli, beləcə o Həzrətin təlimatlarına hansı dərəcədə əməl etmələrinə baxaraq İmamı nə qədər örnək götürdüklərinin dəyərləndirməlidirlər.

Mütəal Allahdan istəyirəm ki, hamımızın əlindən tutsun və bizləri hidayət yoluna yönəltsin, nəfsani arzulardan uzaqlaşdırsın. Müvəffəqiyyət və uğur sadəcə Allahın əlindədir.

Əli Hüseyni Sistani

16 Rəcəb, 1433

captcha