IQNA

Britaniya müsəlmanlarından təqdirəlayiq addım: Ərzaq bankı açılır

9:11 - February 26, 2021
Xəbər sayı: 3489350
Böyük Britaniyanın Oksford şəhərində yerləşən məscid aclıqdan əziyyət çəkən insanların sayının azaldılması istiqamətində işləyərək yeni ərzaq bankı açıb.

Böyük Britaniyanın Oksford şəhərində yerləşən məscid aclıqdan əziyyət çəkən insanların sayının azaldılması istiqamətində işləyərək yeni ərzaq bankı açıb.

Həmin qurum ehtiyaclı insanları isti yemək və ilkin zərurət əşyaları ilə təmin etməyə kömək edəcək.

Oksford Mərkəzi Məscidindən bəyan edilib ki, sözügedən bank 25 fevraldan işə başlayır.

“Pulsuz məktəb qidalanması təşəbbüsümüzdən bəri idarə komitəsi sevimli şəhərimizə daha müntəzəm yardımın göstərilməsinin üzərində işləyir”, – deyə məscidin “Facebook” səhifəsində yazılıb.

Ərzaq bankı ehtiyaclı insanları şampun, sabun, dəsmal, uşaq salfetləri, pamperslər, həmçinin yumaq, düyü, yağ, konservlər, quru meyvələr və soklarla təmin edəcək.

Xatırladaq ki, məscid ötən ilin oktyabr ayında məktəblilərin pulsuz naharla təmin edilməsi təşəbbüsü haqda elan etmişdi.

Bu isə məscid şəxsi avtodayanacağını Tibb Mərkəzinin istifadəsi üçün açıb.

captcha