IQNA

İspaniyada qədim İslam tarixinə aid əsərlər tapılıb - Foto

12:33 - February 26, 2021
Xəbər sayı: 3489352
Tehran (IQNA) -  İspaniyanın cənubunda yerləşən İşbiliyyə şəhərində İslamın ilk əsrlərinə aid 800 il tarixi olan qədim bir hamamın qalıqları kəşf edilib.

Tehran (IQNA) -  İspaniyanın cənubunda yerləşən İşbiliyyə şəhərində İslamın ilk əsrlərinə aid 800 il tarixi olan qədim bir hamamın qalıqları kəşf edilib.

Bu qədim və tarixi hamam İspaniyanın cəbununda yerləşən Sevilya şəhərində (Ərəbcə adı: İşbiliyyə) 20-ci əsrin əvvəllərində tikilmiş bir kafenin yenilənməsi və təmiri zamanı kəşf edilib.

1923-ci ildə tikilmiş "Cervecería Giralda" adlanan bu kafenin dizayner və memarları burada tikinti işləri apararkən hamamın qalıqlarının üzəri örtülüb. Kafedə aparılan son təmir işləri zamanı fəhlələr tavanı söküblər. Onlar burada hamama aid olan ulduz formalı kiçik işıqalanlar kəşf ediblər.  

Álvaro Jiménez adlı arxeoluq mətbuata müsahibəsində deyib ki, bu kiçik işıqalanları gördükdə ilk baxışda elə bunun hamam olduğunu düşündüm.

Araşdırmaçı arxeoloqlar indiyədək bu tarixi hamamın qalılarında 88 ədəd 8 bucaqlı işıqalan, həndəsi fiqrular və digər rəsm əsərləri kəşfediblər.

Qeyd edək ki, bundan öncə cəmiyyətdə Sevilyada köhnə və xaraba bir hamamın mövcud olduğu şayiəsi mövcud olub. Çox güman ki, bu elə cəmiyyətdə danışılan həmin xaraba hamamdır. /3956224

کشف حمام اسلامی 800 ساله در اسپانیا/ آماده

 

کشف حمام اسلامی 800 ساله در اسپانیا/ آماده

 

کشف حمام اسلامی 800 ساله در اسپانیا/ آماده

 

کشف حمام اسلامی 800 ساله در اسپانیا/ آماده

 

کشف حمام اسلامی 800 ساله در اسپانیا/ آماده

Teqlər: İspaniya ، işbiliyyə ، sevilya ، hamam
captcha