IQNA

Cibran Xəlil Cibranın əsərlərində İmam Əli (ə) portreti | Video

10:14 - February 27, 2021
Xəbər sayı: 3489360
Tehran (IQNA) -  Livanlı xristian yazar və şair Cibran Xəlil Cibranın əsərlərində aparılan yeni araşdırmalar göstərib ki, bu şair, yazar və rəssamın İmam Əliyə (ə) xüsusi bir eşqi və sevgisi olmuşdur.

Tehran (IQNA) -  Beyrutun Amerika Universitetinin arxivində Livanlı xristian yazar və şair Cibran Xəlil Cibranın əsərlərində aparılan yeni araşdırmalar göstərib ki, bu şair, yazar və rəssamın İmam Əliyə (ə) xüsusi bir eşqi və sevgisi olmuşdur.

Bu xristian yazar, şair və rəssamın yeni kəşf edilmiş rəsm əsərləri arasında İmam Əlinin (ə) portreti də tapılmışdır. Bu portret o zaman Amerikanın "əs-Saih" adlı jurnalında çap və nəşr edilib.

Şairin rəsm əsərlərində onun şəxsi sevgiləri təcəssüm edib. Mikrofilmlərdə tapılan bu rəsm əsərlərindən birində "Nəhcül-Bəlağənin sahibi" adlı bir rəsm əsəri tapılıb. Bu, Cibran Xəlil Cibranın bu günə qədər ki, ən maraqlı rəsm əsəridir.

Qeyd edək ki, bu əsərin çap və nəşr edilmiş nüsxəsi onun müxtəlif əsərlərində və muzeylərdə senzuraya düçar olub.  

Cibran Xəlil Cibran Livanlı-Amerikalı xristian bir yazar və şairdir. Onun "Peyğəmbər" adlı əsəri ilk dəfə 1923-cü ildə Amerikada çap və nəşr edilmişdir.

Bu xristian yazar Ədəbiyyat dünyasında çox əhəmiyyətli rola və təsirə malik "Amerika Qələm Mərkəzi"nin (PEN American Center) rəisi olub. Xristianlıq dünyasının yenilikçi qələm əhli bu təşkilatda üzv idilər. /3956096

kod
captcha