IQNA

Ramazan ayında Qurani-Kərimin 13 dilə tərcüməsi paylanılacaq

22:50 - February 28, 2021
Xəbər sayı: 3489365
Tehran (IQNA) -  BƏƏ-nin Darul-Birr Xeyriyyə Müəssisəsi mübarək Ramazan ayında bu ölkəyə gələn müsəlman mühacirlərə paylanılması üçün 14 min nüsxə Quran tədarük edib.

Tehran (IQNA) -  BƏƏ-nin Darul-Birr Xeyriyyə Müəssisəsi mübarək Ramazan ayında bu ölkəyə gələn müsəlman mühacirlərə paylanılması üçün 14 min nüsxə Quran tədarük edib.

Darul-Birr Xeyriyyə Cəmiyyəti 13 dilə tərcümə edilmiş 14 min Qurani-Kərim nüsxəsini ölkənin gömrük idarəsindən təhvil alıb ki, mübarək Ramazan ayında sanitariya qaydalarına riayət etmək şərti ilə müsəlmanlara paylasın.

BƏƏ-nin Darul-Birr Xeyriyyə Cəmiyyəti bu ölkədəki bir çox xeyriyyə layihələrinin icrası və nəzarəti işinin məsuliyyətini üzərinə götürüb və cəmiyyətin dini məlumatının artması hədəfi ilə də fəaliyyət göstərir. Buna görə də Quran nüsxələrinin necə paylanılması barədə qərar vermək səlahiyyətinə sahibdir.

Ramazan ayında paylanılacaq bu Quran nüsxələri İngilis, Fransız, Alman, Portoqal, Rus, Çin, Sumali, Urdu, Koreya, Albaniya, Malayalam (Hindistanın əsas dillərindən biri) və Puştu dillərinə tərcümə edilmişdir.

Müxtəlif dillərə tərcümə edilmiş Quranların bir hissəsinin CD nüsxəsi də hazırlanıb. Bu CD-lər Quranın tərcümə, təfsir və tilavətini ehtiva edir. /3956703/

captcha