IQNA

Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib

8:47 - March 02, 2021
Xəbər sayı: 3489375
O, Qum şəhərində keçirilən konfrasda etdiyi çıxışında vurğulayıb: “İkinci Qarabağ müharibəsi zamanı Allahın inayəti və lütfü Azərbaycan xalqının üzərində idi”.

“İkinci Qarabağ müharibəsi zamanı Allahın inayəti və lütfü Azərbaycan xalqının üzərində idi”.

Bunu Azərbaycanın tanınmış ruhanisi, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri hacı İlqar İbrahimoğlu Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.

Azərbaycanın və İslam dünyasının şəhidlərinin mənəvi məqamlarından və onların şəhadətinin əhəmiyyətindən danışan ilahiyyatçı alim, 44 günlük müharibəni "İlahi günlə"r adıandırıb. O, bildirib ki, bütün bu günlərdə Azərbaycan xalqı Allahın lütfünü və köməyini hiss edib.

O, muharibə zamanı Azərbaycanın haqlı olduğunu bəyan edərək, ölkəmizi dəstəkləyən İranın Ali dini liderinə və imam-cümələrə təşəkkür edib. / Deyerler.org

captcha