IQNA

Əfqanıstanın tanınmış əhli-sünnə alimi və ruhanisi terror edilib

10:56 - March 04, 2021
Xəbər sayı: 3489393
Ötən gün (3 Mart 2021), səhər saatlarında, Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin tanınmış din alimi Mövləvi Feyiz Məhəmməd Fayiz məruz qaldığı silahlı hücumda həlak olub.  

Ötən gün (3 Mart 2021), səhər saatlarında, Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin tanınmış din alimi Mövləvi Feyiz Məhəmməd Fayiz məruz qaldığı silahlı hücumda həlak olub.  

Hadisədən sonra silahlı şəxslərin ərazidən uzaqlaşdığı qeyd edilib.

Qeyd edək ki, Mövləvi Feyiz Məhəmməd Fayiz Əfqanıstanın Qənduz şəhərinin Müsəlman Alimlər Şurasının sabiq rəisi və Kabilin "Ərəb Elmlər Evi"nin (Darul-Ulum əl-Ərəbi) ustadı idi.

Sui-qəsd dalğası son 4 aydır Əfqanıstanda, xüsusilə böyük şəhərlərdə davam edir.

Bu sui-qəsd dalğasının hədəfində isə jurnalistlər, aktivistlər, din alimləri, məmurlar və təhlükəsizlik qüvvələridir. /iqna

 

captcha