Tehran (IQNA) - Dünya katoliklərinin rəhbəri Papa Fransis Bağdada səfəri çərçivəsində Həşduş-Şəəbinin xristian komandirləri ilə görüşüb. Görüşdə Həşduş-Şəəbinin idarə heyətinin rəisi Faleh əl-Fəyyaz da iştirak edib.
Papa Fransis terrorçulara qarşı döyüşlərdə göstərdikləri igidliklərə görə İraqın "Həşduş-Şəəbi" xalq könüllü silahlı qüvvələrinə təşəkkür edib.
O, bu münasibətlə Həşduş-Şəəbinin xristan komandirlərindən biri olan Rayyan əl-Kildaniyə öz təsbehini hədiyyə edib. /3957727