IQNA

İranlı qari Quranın yeni tərtil tilavətini təqdim etdi

10:18 - March 07, 2021
Xəbər sayı: 3489413
Tehran (IQNA) -  İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran qarisi Qasim Rəzii bütün Quranın yeni tərtil tilavətini təqdim edib.

Tehran (IQNA) -  İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran qarisi Qasim Rəzii bütün Quranın yeni tərtil tilavətini təqdim edib.

Beynəlxalq dərəcəli Quran mürəttili (tərtilçisi) bu barədə özünün şəxsi instagram səhifəsində məlum verib.

O yazıb: Allaha həmd olsun ki, 1399-cu ilin (Hicri-Şəmsi) sonlarında Qurani-Kərimin yenidən bütün surələrinin tərtil ilə audioyazısını baş vurdum. İlk tərtilimi 20 il bundan öncə təqdim etmişdim.

Bu dəfə çalışdım ki, orjinal Ərəb muğam dəzgahları ilə birlikdə tilavətin şirinliyi üçün Fars muğam dəzgahları və eləcə də qonşu ölkələrin muğam dəzgahlarından istifadə edim.  

Həmçinin çalışdım ki, bu qiraətdə sözlərin, kəlmələrin, musiqi və muğamların icrasını tam dəqiqliyi ilə yerinə yetirim və "nəbr"ləri (musiqidə ahəstə tondan yüksək tona qalxmaq) gözəl icra edim. Ümid edirəm ki, Allahın, ustadların, qarilərin və dinləyicilərin razılığını qazanacam. /3957677

 

Teqlər: tərtil ، audio ، qiraət ، nəbr ، muğam ، musiqi ، dəzgah
captcha