IQNA

"Beynəlxalq Quran yarışları ilə birgə" kampaniyası keçirilir

12:41 - March 08, 2021
Xəbər sayı: 3489421
IQNA hazırda İran İslam Respublikasında davam edən 37. Beynəlxalq Qurani-Kərim Yarışları çərçivəsində iki yaş kateqoriyasında  (16 yaşdan yuxarı və 16 yaşdan aşağı) beynəlxal kampaniya təşkil edib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) hazırda İran İslam Respublikasında davam edən 37. Beynəlxalq Qurani-Kərim Yarışları çərçivəsində iki yaş kateqoriyasında  (16 yaşdan aşağı və 16 yaşdan aşağılar arasında) beynəlxal kampaniya təşkil edib.

"Beynəlxaıq Quran hadisəsi ilə birgə" devizi ilə keçirilən kampaniyada iştirak etmək istəyən quransevərlərin nəzərinə:

"Qurani-Kərimin peşəkar qiraəti üzrə yarışları izləyən oğlan uşaqları yarış iştirakçıları arasında sevdikləri iştirakçının tilavətini təqlid ilə oxuyub videosunu IQNA-nın telegram və instagram sosial şəbəkələrindəki ünvanına (@iqnanewsadmin) göndərsinlər.

Kampaniyaya qoşulmaq istəyənlər öz tilavətlərinin videosunu Mart ayının 18-dək  IQNA-nın telegram və instagram sosial şəbəkələrindəki ünvanına göndərə bilərlər.

İştirakçıların videoyazıları hakimlər heyəti tərəfindən qiymətləndiriləcək. Nəticələr 2021-ci ilin Aprel ayının 17-də elan ediləcək.

Kampaniyaya qoşulan və ilk üç yeri əldə edən qaliblərə mükafat veriləcək.  

Qeyd edək ki, İran İslam Respublikasında keçirilən 37. Beynəlxalq Qurani-Kərim Yarışlarının "peşəkar qiraət" yarışları sabah, Mart ayının 9-da yerli vaxtla saat 17:00-dan 22:45-dək keçiriləcək.

Kampaniyada iştirak etmək istəyənlər bu yarışları İranın Quran radiosu, Quran və Maarif televiziya kanalı və IQNA-nın sosial şəbəkə hesabından izləyə bilərlər. Bundan əlavə bütün tilavətlər IQNA-nın rəsmi saytı və sosial şəbəkə hesabında paylaşılacaqdır.   /3958080

پویش «همراه با رویداد جهانی قرآن» ایکنا برگزار می‌شود

captcha