IQNA

İranda "Quranın kitabəti" 2-ci beynəlxalq toplantı keçirilib

8:09 - March 09, 2021
Xəbər sayı: 3489425
Tehran (IQNA) -  Ötən gün (Bazar Ertəsi, 8 Mart 2021), səhər saatlarında, İran İslam Respublikasının təşəbbüsü ilə Qurani-Kərimin kitabəti mövzusunda 2-ci beynəlxalq toplantı keçirilib.

Tehran (IQNA) -  Ötən gün (Bazar Ertəsi, 8 Mart 2021), səhər saatlarında, İran İslam Respublikasının təşəbbüsü ilə Qurani-Kərimin kitabəti mövzusunda 2-ci beynəlxalq toplantı keçirilib.

Virtula keçirilən toplantı günün ikinci yarısında, yerli vaxtla saat 18:00-da başa çatıb.

Toplantıda Qurani-Kərimin tarix boyu xəttatlar tərəfindən kitabət edilməsi (əl ilə yazılması) mövzusunda elmi məqalələr səsləndirilib və müzakirələr aparılıb.

"Quranın kitabəti" mövzusunda keçirilən toplantıda aşağıdakı elmi məqalələr və mövzular müzakirə edilib:

"Mirza Əhməd Neyrizi və Zeynulabidin İsfahaninin bir-birindən 120 fasilə ilə kitabət etdikləri Quran nüsxələrində oxşarlıq və fərqliliklərin müqayisəsi". Əlirza Bəxşi.

"Munix kitabxanasındakı əlyazma qızılı Quran nüsxəsinin tərtibatı və stilistik xüsusiyyətləri". Fərhad Xosrəvi

"Səfəvilər dövründə Şirazda kitabət edilmiş iki müshəf barədə mülahizələr". Türkiyəli professor Süleyman Bərak

"Müasir dövrdə Quran kitabəti: zərurət, imkanlar və gələcək planlar". Möhsin Süleymani.

"Baysəngər Mirza və Əhəməd Qərəhisarinin kitabət etdikləri müshəflərin müqayisəsi". Şəhab Şəhidani.

"Kufi xətti və bu xəttin digərlərinə təsiri". Türkiyəli professor Uğur Dərman.  /iqna

 

Teqlər: quran ، müshəf ، kitabət
captcha