IQNA

23 yaşlı Buşra ABŞ-da seçkilərdə qalib gəldi

8:45 - March 09, 2021
Xəbər sayı: 3489428
ABŞ-da 23 yaşlı müsəlman xanım təhsil orqanlarında dövlət vəzifəsini tutur. İllinoys ştatının Skoki şəhərinin sakini Buşra Amivala seçkidə qalib gələrək şəhərin məktəb şurasında vəzifə tutub.

Az.shafaqna.com “OurQuadCities”-ə istinadən xəbər verir ki, ABŞ-da 23 yaşlı müsəlman xanım təhsil orqanlarında dövlət vəzifəsini tutur.

İllinoys ştatının Skoki şəhərinin sakini Buşra Amivala seçkidə qalib gələrək şəhərin məktəb şurasında vəzifə tutub.

Qeyd edək ki, o, əslən Pakistandandır.

Buşra öz siyasi karyerasına hələ 19 yaşında – Kuk dairəsinin komissarlar şurasına namizədliyini irəli sürməklə başlayıb. Müsəlman xanımın seçkilərdə iştirakı bütün yerli mətbuatın gündəmində olub. O zaman o, qalib gəlməsə də, bir neçə il sonra dövlət vəzifəsinə nail ola bilib.

Buşra bildirib ki, onun bu fəaliyyətlərindən sonra çoxlu insanlar onu özünə numunə götürərək siyasi arenada nəticələr əldə ediblər.

captcha