IQNA

Yəməndə hərbi sənaye sərgisi təşkil olundu

15:47 - March 12, 2021
Xəbər sayı: 3489440
Yəmən ordusu dünən Bədrəddin Husinin həlak olmasının ildönümündə hərbi uğurlarını nümayiş etdirib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) eastnews-a istinadla xəbər verir ki, "Ənsarullah" komandiri Seyid Həsən Bədrəddin Hüsinin həlak olmasının ildönümü münasibətilə təşkil edilən mərasimdə Yəmən hərbi sənaye və yeni yerli məhsulların sərgisi keçirilib.  

Mərasimdə Ali Siyasi Şuranın sədri və Silahlı Qüvvələrin ali baş komandanı ilə yanaşı, Müdafiə naziri və Xalq Qüvvələrinin Baş Qərargah rəisi iştirak edib. Bu sərgidə yəmənlilərin hərbi texnika sahəsindəki yeni uğurları təqdim edilib.  

Sərgidə Yəmən qüvvələri tərəfindən hazırlanan ballistik raketlər, PUA, tank əleyhinə silahlar, artilleriya silahları, yüngül və ağır silahlar da daxil olmaqla müxtəlif yeni silahların təqdimatı keçirilib.  

Sərgidə nümayiş olunan bütün silah və hərbi texnika ilk dəfə təqdim edilib və qurğuların hamısı Yəmən mütəxəssisləri tərəfindən istehsal edilib.

captcha