IQNA

Suriyada 5 yaşadək olan yüzminlərlə uşaq aclıqdan əziyyət çəkir

8:21 - March 13, 2021
Xəbər sayı: 3489445
Tehran (IQNA) - Bu barədə UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Ted Çayban Suriyadakı müharibənin 10 illiyinə həsr edilən onlayn mətbuat konfransında bildirib.

Suriyada 6,1 milyon uşaq və yeniyetmənin yardıma ehtiyacı var.

Bu barədə UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Ted Çayban Suriyadakı müharibənin 10 illiyinə həsr edilən onlayn mətbuat konfransında bildirib.

O deyib ki, Suriyadakı müharibə hər bir uşaq üçün dağıdıcı və sarsıdıcı nəticələrə səbəb olub.

2011-ci ilədək Suriya əhalisi orta gəlirli olub və demək olar ki, humanitar yardıma ehtiyacı olmayıb. Lakin heç kəs ehtimal belə verməzdi ki, müharibə bu qədər uzanacaq və ən çox uşaqlar bu bu qədər uzun davam edən müharibənin nəticələrindən əziyyət çəkib”, – deyə o bildirib.

Ən son məlumatlara əsasən, (Suriyada) 5 yaşadək olan yarım milyondan çox uşaq aclığın səbəb olduğu xroniki xəstəliklərdən əziyyət çəkir”, – deyə Çayban əlavə edib. /iqna

captcha