IQNA

Azərbaycan Prezidenti Novruz bayramını Şuşada qeyd edib - Video

12:47 - March 21, 2021
Xəbər sayı: 3489490
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü (20 Mart 2021) mədəniyyət baxımdan Azərbaycan üçün əhəmiyyətli şəhər olan Şuşada təntənəli şəkildə tonqal qalayaraq qeyd etdi.

Azərbaycan prezidenti Şuşada Novruz tonqalı qaladı - VideoAzərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü ötən payızda müharibə zamanı Azərbaycanın Ermənistan işğalından azad etdiyi mədəniyyət baxımdan əhəmiyyətli şəhər olan Şuşada təntənəli şəkildə tonqal qalayaraq qeyd etdi.

Əsrlər boyunca Azərbaycan mədəniyyətinin mərkəzi olmuş Şuşa Dağlıq Qarabağda separatçıların döyüş əməliyyatlarının gedişatında 1992-ci ildə Ermənistanın nəzarəti altına keçib. Şəhərin ötən ilin (2020) noyabr ayında Azərbaycan qoşunları tərəfindən geri qaytarılması həm rəmzi, həm də strateji baxımdan vacib idi, çünki Şuşa Xankəndinin inzibati mərkəzindən yüksəkdə yerləşir.

"Bu gün biz Novruzu qədim şəhərimiz Şuşada, Azərbaycanın mədəni paytaxtında qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi", - İlham Əliyev Novruzun qeyd edilməsinin ənənəvi üsulu olan tonqalın yandırılmasından sonra deyib.

“Ola bilsin, Şuşa dağıdılıb, bəlkə də Şuşadakı tarixi yerlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Ancaq Şuşa təslim olmadı. Şuşa sınmadı. Ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və biz bu gün Şuşada bunu bir daha görürük", - dövlət başçısı deyib.

Qeyd edək ki, Azərbaycan respublikası ötən ilin payızında 6 həftəlik müharibənin gedişatında Ermənistan tərəfindən işğal altında olan Qarabağ və ətraf ərazilərin çox hissəsi üzərində nəzarəti bərpa etdi. /iqna

kod


captcha