Ali Rəhbər Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bəşəriyyərin xilaskarı İmam Zamanın (əc) mövludu və 12 Fərvərdib İslam Respublikası günü münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramlarla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1849 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.