IQNA

İraq Kürdüstanında Ramazan ayında məscidlər açılacaq

23:11 - April 12, 2021
Xəbər sayı: 3489608
İraq Kürdüstanının Din və İanə Məsələləri Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında, bütün tədbirlərə əməl edilmək şərti ilə, məscidlər açılacaq.

Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraq Kürdüstanının Din və İanə Məsələləri Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında, bütün tədbirlərə əməl edilmək şərti ilə, məscidlər açılacaq.

Bu barədə nazirliyin mətbuat katibi Nəbəz İsmayıl bildirib.

Onun sözlərin görə, məscidə gələn şəxslər müəyyən edilmiş səhiyyə qaydalarına, həmçinin axşam namazı və yemək və içkilərin paylanılması məhdudiyyətlərinə əməl etməlidirlər.

Bundan başqa, məscidə gələn şəxslər dəstəmazı evlərində almalı, maska taxmalı və əl ilə görüşməkdən çəkinməlidir.

Teqlər: kürdüstan ، məscid ، ramazan
captcha