IQNA

İordaniyada Ramazan ayında məscidlərdə ibadətə icazə verildi

10:18 - April 14, 2021
Xəbər sayı: 3489616
İordaniya hökuməti pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması barədə qərar qəbul edib və ölkə vətəndaşlarına Ramazan ayı ərzində gündə 2 dəfə məscidə getmək imkanı yaradıb.

İordaniya hökuməti pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması barədə qərar qəbul edib və ölkə vətəndaşlarına Ramazan ayı ərzində gündə 2 dəfə məscidə getmək imkanı yaradıb.

Krallıq Baş naziri Bişer əl-Hasaunanın təsdiq etdiyi qərara əsasən, iordaniyalılar gündə iki dəfə – sübh vaxtı və axşam vaxtı məscidə gələ bilərlər. Hər bir şəxs yarım saat məsciddə qala bilər.

Üstəlik, ölkə sakinləri məscidə piyada gəlməli, həmçinin sanitar-epidemioloji qaydalara əməl etməli, sosial məsafə saxlamalı və maska taxmalıdırlar.

Bundan başqa Ramazan ayı dövründə restoran, kafe və qida və şirniyyat mağazalarından, apteklərdən çatdırılma xidmətləri gecə saat 3-dək uzadılıb.

Xatırladaq ki, Ramazan ayının 1-i 14 apreldədir. /Şəfəqna

captcha