IQNA

Azərbaycanda yeni dini internet televiziyası fəaliyyətə başlayıb

11:40 - April 15, 2021
Xəbər sayı: 3489627
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan “114 TV” internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan “114 TV” internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb.

Bu barədə “Az.shafaqna.com”a QMİ-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə internet televiziyaya xeyir-dua verib.

QMİ sədri deyib ki, kanalın adının 114 olması Allah-təalanın Ramazan ayında nazil etdiyi Qurani-şərifin surələrinin sayı ilə bağlıdır:

“İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər. Burada işləyənlərin və zəhmət çəkənlərin hamısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda televiziyada çıxış edənlərə, iştirakçılara və moizə edənlərə də öz minnətdarlığımı bildirirəm”.

captcha