IQNA

London məscidi hər gün tibb işçiləri və ehtiyaclı insanlara iftar verir

23:17 - April 16, 2021
Xəbər sayı: 3489631
Bu ilki Ramazan ayında Londonun ən böyük məscidi ehtiyaclı insanlar və Milli Səhiyyə Xidmətinin yerli xəstəxananın işçilərinə minlərlə iftar verəcək.

Bu ilki Ramazan ayında Londonun ən böyük məscidi ehtiyaclı insanlar və Milli Səhiyyə Xidmətinin yerli xəstəxananın işçilərinə minlərlə iftar verəcək.

Hər il Şərqi London Məscidi və Londonun Müəslman Mərkəzi yüzlərlə insana iftar verir.

Lakin bu il məhdudiyyətlər səbəbi ilə bu, mümkün olmasa da, məscid bunun əvəzinə yaxınlıqdakı xəstəxananın işçilərinə və ehtiyaclı insanlara iftar verəcək.

Bizim hər il məsciddə etdiyimiz əsas işlərdən biri gələn yüzlərlə insana iftar vermək idi. Lakin bu il qanunlar məsciddə yalnız ibadətin edilməsinə icazə verir və buna görə də biz iftar keçirə bilmirik”, – deyə məscid rəsmisi Xizar Məhəmməd bildirib.

İftar ianələr hesabına təşkil olunur və hər 1 nəfər üçün 3 funt sterlinq xərclənir.

2020-ci ildəki böyük saydakı ianələrin hesabına məscid Banqladeşdəki iftarları da maliyyələşdirib.

Bildirilir ki, iftarlar fərqli olur – həm ətlə, həm də vegeterian sayağı. Həmçinin meyvələr, xurmalar, su və ya şirə də olur.

London Kral Xəstəxanası yaxınlıqda yerləşir və biz, təşəkkür əlamət olaraq bütün təcrid dövründə personalı qida ilə təmin edirik. Ramazan zamanı bu qida qəbulu gündəlik olacaq, həftəlik yox”, – deyə o qeyd edib. /iqna

 
Teqlər: ramazan ، oruc ، ehsan ، iftar
captcha