IQNA

Yaponiyada "Nəhcül-Bəlağədə şeytanla mübarizə" məqalələr toplusu nəşr edilib

12:57 - April 17, 2021
Xəbər sayı: 3489637
Tehran (IQNA) -  Yaponiyada İmam Əlinin (ə) Nəhcül-Bəlağədəki xütbələri əsasında yazılmış "Şeytanla necə mübarizə edək" adlı məqalələr toplusu çap və nəşr edilib.

Tehran (IQNA) -  Yaponiyada İmam Əlinin (ə) Nəhcül-Bəlağədəki xütbələri əsasında yazılmış "Şeytanla necə mübarizə edək" adlı məqalələr toplusu çap və nəşr edilib.

Bu məqalələr məcmuəsini Yaponiyanın Kioto şəhərinin 1639-cu ildə təsis edilmiş Ryukoko universitetinin İslamşünas ustadı Tusio Sano hazırlayıb.

Məqalələr məcmuəsində sözü gedən universitetin yaponiyalı ustadları və araşdırmaçılarının "Nəhcül-Bəlağədə şeytan" mövzusunda məqalələri yer alıb.

Ryukoko universitetinin İslamşünas ustadı Tusio Sano Amerikanın Harvard universitetinin doktoranatura pilləsini Orta Şərq Araşdırmaları ixtisası üzrə bitirib.

O, İmam Əlinin (ə) İmam Həsənə (ə) vəsiyyətini, yəni Nəhcül-Bəlağənin 31-ci məktubunu da "Oğlum, belə ol" adı ilə Yapon dilinə tərcümə edib.

Bu vəsiyyətnamə Yaponiyada "Ərəb, Fars və Yapon" dillərində çap və nəşr edilib.

Tusio Sano bu barədə deyib: "İmam Əlinin (ə) bu vəsiyyətnaməsi ən dərin və ali əxlaqi, tərbiyəvi və mədəni cəhətləri olan bir maarifi ehtiva edir. Bu vəsiyyətnamənin tərcüməsi bir il çəkdi...".

Qeyd edək ki, İmam Əlinin (ə) Nəhcül-Bəlağədəki xütbələrində şeytanla mübarizə üçün bir sıra çarə yolları göstərilmişdir ki, insan onları bilərsə, hidayət yolundan azmaz və azğınlığa düşməz. / iqna

captcha