IQNA

Fələstin şəhidlərinin niyyətinə Quran qiraəti kampaniyası

13:14 - April 17, 2021
Xəbər sayı: 3489638
Tehran (IQNA) -  Mübarək Ramazan ayında Fələstini qorumaq uğurunda şəhidlik zirvəsinə ucalanların niyyətinə Quran qiraəti kampaniyasına start verilib.

Tehran (IQNA) -  Mübarək Ramazan ayında Fələstini qorumaq uğurunda şəhidlik zirvəsinə ucalanların niyyətinə Quran qiraəti kampaniyasına start verilib.

Fələstin şəhidlərinin ruhuna hədiyyə edilən Quran qiraəti kampaniyası İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin təşəbbüsü ilə keçirilir.

Sosial şəbəkələrdə "Fələstin şəhidlərinə Quran oxuyaq" şüarı və həştəgi ilə başladılan "İqrə" adlı bu kampaniyaya qoşulmaq üçün bütün dünya müsəlmanlarına müraciət edilib.

Kampaniya çərçivəsində hər gün dünyanın müxtəlif ölkələrindən Fələstin amalı uğurunda şəhid olanlardan birinin adı sosial şəbəkələrdə tanıtdırılacaq. / iqna

captcha