IQNA

Afrikada 100 milyondan çox insan ərzaq böhranı ilə üz-üzədir

13:23 - April 17, 2021
Xəbər sayı: 3489641
Afrikada 100 milyondan çox insanın ərzaq böhranı ilə qarşı-qarşıya olduğunu bildirən IFRC yeni növ koronavirus (Covid-19) epidemiyasının da bir çox ölkədə problemi artırdığını qeyd edib.

Afrikada 100 milyondan çox insanın “fəlakət səviyyəsində” ərzaq böhranı ilə qarşı-qarşıya olduğu bildirilib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətləri Federasiyasının (IFRC) hesabatına görə, qitədəki qarşıdurmalar, təhlükəsizlik problemləri, çəyirtkə sürüləri, iqlim dəyişiklikləri, daşqınlar və iqtisadi çətinliklər ərzaq böhranını artıran amillərdəndir.

Afrikada 100 milyondan çox insanın ərzaq böhranı ilə qarşı-qarşıya olduğunu bildirən IFRC yeni növ koronavirus (Covid-19) epidemiyasının da bir çox ölkədə problemi artırdığını qeyd edib.

Qida çatışmazlığı ilə ən çox qarşı-qarşıya olan bölgələr arasında Cənubi Sudan, Somali, Efiopiyanın Tigray bölgəsi, Çad Gölü Hövzəsi, Burkina Faso, Mali ilə Niger sərhədi göstərilib.

 
 
 
 
 
 
 
Teqlər: afrika ، aclıq ، qızıl xac ، frc
captcha