İran İslam Respublikasının beynəlxalq dərəcəli peşəkar Quran qiraətçisi Hadi Müvəhhid Əmini 2016-cı ildə Xorvatiyanın beynəlxalq Quran yarışlarında İranı təmsil etmiş və Qurani-Kərimin qiraəti üzrə birinci yeri qazanmışdı.
Qeyd edək ki, İranın beynəlxalq dərəcəli Quran yarışları hakimi Əhməd Əbul-Qasiminin də iştirak etdiyi bu yarışda dünyanın 25 ölkəsindən 54 Quran hafizi və qarisi iştirak etmişdi.
Bu günlərdə Əmininin həmin yarışda icra etdiyi tilavətin videosu sosial şəbəkələrdə yayımlanıb. /iqna