IQNA

Çində uyğurlar Ramazan ayını qeyd edir

11:23 - April 21, 2021
Xəbər sayı: 3489666
Çinin Sintszyan-Uyğur Muxtar Regionunda müsəlmanların Ramazan fəaliyyətləri yeni növ koronavirus tədbirləri çərçivəsində təşkil edildiyi bildirilib.  

Çinin Sintszyan-Uyğur Muxtar Regionunda müsəlmanların Ramazan fəaliyyətləri yeni növ koronavirus tədbirləri çərçivəsində təşkil edildiyi bildirilib.  

Urumçi şəhərindəki Bəyaz məscidi imamı Rəhmətullah məscidin gündə üç dəfə dezinfeksiya edildiyini və qapıda insanların temperaturunun ölçüldüyünü bildirib.  

Qaşqar məscidinin imamı Məhəmməd Amin də oruc tutanlara hər gün iftarda meyvə, isti çay və çörək verildiyini söyləyib.  

Ramazan tədbirlərinin ölkənin Pekin, Qansu və Ninsya-Huey Muxtar Regionu kimi digər bölgələrində də təşkil edildiyi qeyd olunub.  /eastnews/

captcha