IQNA

Almaniyada müsəlmanların sayı 5,6 milyon nəfərə çatdı

18:17 - April 30, 2021
1
Xəbər sayı: 3489720
Almaniya əhalisinin təxminən 6,5%-ni müsəlmanlar təşkil edir. Onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır. Bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib.

IQNA (Beynəlxalq Qəbər Agentliyi) “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Almaniya əhalisinin təxminən 6,5%-ni müsəlmanlar təşkil edir. Üstəlik, onların, demək olar ki, yarısı Almaniya vətəndaşlarıdır.

Bu barədə Almaniyanın miqrasiya və qaçqınların işi üzrə federal qurumu məlumat verib.

Ölkədə 5,3-5,6 milyon müsəlman yaşayır və bu rəqəm 5 il öncəki rəqəmdən 1 milyon çoxdur.

Araşdırmalar göstərir ki, hazırda müsəlmanlar Almaniya cəmiyyətinin 6,4-6,7 faizini təşkil edir.

Ölkədəki müsəlmanların – 45%-i Türkiyədən gələnlər və onların övladlarıdır; 27%-i Yaxın Şərq və Şimali Afrika əsilli; 20%-i isə Cənub-Şərqi Avropa əsillidir. /iqna

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Samir
0
0
Əfsuslar olsun ki orrda və ümümiyyətlə müsəlmanların coxu müsəlman olmagın nə olduqunu bilmillər.
captcha