Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Rusiyadakı nümayəndəsi və Moskva İslam Mərkəzinin rəisi Höccətülislam vəl-müslimin Sabir Əkbəri Ciddi, İQNA-ya göndərdiyi video müraciətdə qeyd ediblər ki, Qədr gecələri üçün tövsiyə edilən əməllərdən biri də çoxlu Quran oxumaq, Quranla daha çox ünsiyyət yaratmaq, Quran ayələrində fikirləşmək, düşünmək və ayələrin məfhumunu dərk etmək, maarif və təfsirini öyrənməkdir.