IQNA

Əl-Əqsa məscidi sionistlər tərəfindən mühasirəyə alınsa da hücum dəf edildi

11:02 - May 11, 2021
Xəbər sayı: 3489795
Sionist yaraqlılar bu gün (10 may) səhərdən etibarən müqəddəs məkanı mühasirəyə alaraq, Əl-Əqsa məscidindəki ibadət edən fələstinlilərə və oturaq aksiyalara hücum edərək, yüzlərlə insanı yaralayıb.

Sionist yaraqlılar bu gün (10 may) səhərdən etibarən müqəddəs məkanı mühasirəyə alaraq, Əl-Əqsa məscidindəki ibadət edən fələstinlilərə və oturaq aksiyalara hücum edərək, yüzlərlə insanı yaralayıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, bu gün çoxlu sayda fələstinli sionist gəlmələrin qanunsuz girişinə və hücumlarına qarşı Əl-Əqsa məscidinin həyətlərində toplaşıblar. İşğalçı qüvvələr fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qaz, plastik güllə və səs qumbaraları ilə hücum edib.

Nəticədə Əl-Əqsa məscidində sionist gəlmələr və fələstinlilər arasında şiddətli qarşıdurmalar başlayıb.

Məlumata görə, sionist işğalçıların hücumu nəticəsində çoxlu sayda fələstinli yaralanıb, lakin dəqiq say hələ məlum deyil.

Məlumata görə, sionist yaraqlılar bu gün bir neçə qapıdan Əl-Əqsaya hücum ediblər və işğalçılar ilə fələstinlilər arasındakı əsas toqquşma hal-hazırda sionistlərin fələstinliləri hədəfə aldıqları deyilən “Köhnə Məscid” hissəsində olub.

Əl-Əqsa məscidinin direktoru Əl-Cəzirəyə verdiyi müsahibəsində belə deyib: “İşğalçılar Qiblə məscidinin səs sisteminin yerləşdiyi otağa hücum edərək, Qübbatus-Səhra məscidinin günbəzinə gözyaşardıcı qaz atdılar”.

İslami Vəqflər İdarəsi də Əl-Əqsa məscidində onlarla fələstinlinin yaralandığını və sionist işğalçıların və snayperlərin fələstinli nümayişçilərə həqiqi güllələrlə atəş açdığını bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti işğalçıların tibbi personalın əraziyə girişinə mane olduğunu açıqlayaraq, belə qeyd edib: “Bununla birlikdə, yaralılardan 12-ni Əl-Asbat qapısı vasitəsilə xəstəxanaya aparmağı bacardıq, ancaq kömək edə bilmədiklərimiz var”.

Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü, sionistlərin Əl-Əqsadakı nümayişçilərin başlarını metal güllələrlə hədəfə aldıqlarını söyləyib.

Əl-Əqsa məscidinin Vəqflər Şurasından bir məlumat mənbə isə bildirib ki, işğalçılar hazırda Əl-Əqsa məscidini tamamilə mühasirəyə alıblar və məscid içərisindəki hər kəsi hədəfə alırlar.

Bəzi mənbələr işğalçılar ilə fələstinlilər arasındakı qarşıdurmanın Əl-Əqsa məscidi bölgəsinin xaricinə də sirayət etdiyini söyləyiblər.

Əl-Əqsa məscidinin içindəki həkimlərdən olan doktor Əli Əl-Cəbrini Qiblə məscidinin içərisində onlarla yaralının mühasirəyə alındığını və onlara kömək edəcək bir kimsənin olmadığını bildirib. O, Əl-Əqsa məscidinin həyətlərində 120 - 150 arasında yaralının olduğunu bildirib.

Bir neçə saat davam edən qarşıdurmada nəhayət fələstinli gənclər sionistlərin hücumunu dəf edə biliblər və sionist polis qüvvələri onların iradəsi və əzmkarlığı qarşısında geri çəkiliblər.

Bununla birlikdə, Əl-Əqsa məscidinə yaxın vaxtlarda da hücum ola biləcəyi ilə bağlı narahatlıqların olduğu bildirilərək, fələstinlilər məscidin müdafiəsi üçün səfərbər olmağa dəvət olunub.

captcha