IQNA

Ayətullah Üzma Xamenei: Sionistlər yalnız zor gücünü başa düşürlər - Foto

10:24 - May 12, 2021
Xəbər sayı: 3489801
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bildirib: “Allahın lənəti olsun o cinayətkarlara ki, Əfqanıstanda günahsız və məzlum qızları şəhid etdilər və bu miqyasda cinayəti həyata keçirdilər.”
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei həzrətləri Tələbə Təşkilatlarının nümayəndələri ilə videokonfransda çıxışında İslam dünyasında baş verən iki önəmli məsələ, yəni Əfqanıstan və Fələstində baş verən qanlı və acı hadisələrə görə dərin kədər hissi ilə hər iki hadisəni kəskin pisləyib. 
Ayətullah Xamenei bildirib: “Allahın lənəti olsun o cinayətkarlara ki, Əfqanıstanda günahsız və məzlum qızları şəhid etdilər və bu miqyasda cinayəti həyata keçirdilər.”
Ali Rəhbər, həmçinin, sionistlərin Əqsa məcidi, Qüds və Fələstinin digər bölgələrində vəhşicəsinə və zalımcasına cinayətlərindən danışıb və qeyd edib ki, bu cinayətlər dünyanın gözü qarşısında baş verir. Hamı öz vəzifəsinə əməl etməli və bu cinayətləri məhkum etməlidir. 
Ayətullah Xamenei  Fələstin xalqının ayıqlığı, müqaviməti və ciddi iradəsini alqışlayaraq bildirib: “Sionistlər yalnız zor gücünü başa düşürlər. Buna görə fələstinlilər öz gücünü və müqavimətini artırıb cinayətkarları təslim edərək onları vəhşi addımlarını dayandırmağa məcbur etsinlər”.

captcha