IQNA

İşğalçı İsrail rejim qüvvələri Qəzzanı bombalayır - Foto

8:32 - May 15, 2021
Xəbər sayı: 3489821
İsrail rejiminin Qəzzaya hava, quru və sudan endirdiyi raket və artileriya zərbələri davam edir. Bu hücumlar nəticəsində onlarla dinc sakinin evləri, obyektləri və Qəzzadakı infrastruktur dağıdılıb.

Sionist İsrail rejiminin Qəzzaya hava, quru və sudan endirdiyi raket və artileriya zərbələri nəticəsində aralarında 31 uşaq və 20 qadın olmaqla 122 nəfər şəhid olub.
Cari həftənin Cümə Axşamı və Cümə günləri işğalçı rejim  Qəzza zolağına təcavüzlçü hücumlarını artırıb. Bu hücumlar nəticəsində onlarla dinc sakinin evləri, obyektləri və Qəzzadakı infrastruktur dağıdılıb. 
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  işğalçı İsrail rejiminin Qəzzaya hücumu nəticəsində 31 uşaq və 20 qadın olmaqla 122 nəfər şəhid olub. 900 fələstinli isə yaralanıb.
İşğalçı rejim ordusu bildirib ki, ötən gecə 160 qırıcı təyyarə vasitəsilə  450-dən çox raketlə Qəzzanın  150-dən çox bölgəsini bombalayıblar. 
İşğalçı  İsrail rejimin hücumlarına cavab olaraq fələstinli hərəkatlar da Fələstinin işğal olunmuş  ərazilərində İsrail rejim mövqelərinə  onlarla raket atıblar. /iqna
 
 
 
 
captcha