İraqda keçirilən "İnnə Lil-Muttəqinə Məfaza" beynəlxalq Qurani-Kərim tilavəti yarışlarının 14-cü turu öz işini yekunlaşdırıb.
Yarışların birinci yerinin qalibi iraqlı beynəlxalq Quran qarisi Abdullah Züheyr əl-Hüseyni olub.
Beynəlxalq "əl-Kövsər" peyk televiziyası ilə keçirilən Quran tilavəti yarışlarının final mərhələsi cari həftənin Cümə Axşamı günü, 13 May 2021-ci il, keçirilib.
İran İslam Respublikasının nümayəndəsi Əmin Rauf, İndoneziyanın nümayəndəsi Əbdül-Mənnan Əhməd Fövzi, Əlcəzayirin nümayəndəsi Əbdür-Rəhman Təyyibi və Əfqanıstanın nümayəndəsi Mustafa Ceyyidi sıra ilə sonrakı yerləri bölüşüblər.
Qeyd edək ki, Qurani-Kərimin tilavəti yarışları Kövsər peyk tv kanalında Ramazan ayının ilk günlərində başlamışdı. / iqna