IQNA

Beynəlxalq Amnistiya Təşkilatı İsrailin Qəzzada müharibə cinayətləri törətdiyini açıqlayıb

23:49 - May 17, 2021
Xəbər sayı: 3489839
“Qəzzada 55-u uşaq olmaqla şəhid olanların sayının 188 nəfərə çatması bizi çox narahat edir. Dinc insanlara birbaşa hücumlar hərbi cinayətdir."
Beynəlxalq Amnistiya Təşkilatı  işğalçı İsrail rejiminin Qəzzada müharibə cinayətləri törətdiyini açıqlayıb. 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki,  Beynəlxalq Amnistiya Təşkilatı  sionist qüvvələrin hücumları nəticəsində Qəzzada ölənlərin sayının artmasından "dərindən narahat olduqlarını" və mülki vətəndaşlara qarşı birbaşa hücumların "müharibə cinayətləri" olduğunu açıqlayıb. 
“Qəzzada 55-u uşaq olmaqla şəhid olanların sayının 188 nəfərə çatması bizi çox narahat edir. Dinc insanlara birbaşa hücumlar hərbi cinayətdir."
İşğalçı qüvvələr tərəfindən Qəzzanın qərbindəki Şati qaçqın düşərgəsindəki bir evə edilən hücumda 10 nəfər şəhid oldu. Şəhidlərin eyni ailədən olduğu və əksəriyyətinin uşaq olduğu bildirildi.
Qeyd edək ki, Qəzzada 59-u uşaq və 35-i qadın olmaqla şəhid olanların sayının 200-ə yaralıların sayının 1300-ə yüksəlib.
captcha