Şotlandiyanın Qlazqo şəhəri məzlum Fələstin xalqına dəstək və Sionist rejimin təcavüzünə qarşı izdihamlı mitinq keçirib.
Ötən həftənin bazar günü (16 may) axşam KİV-lər minlərlə sionist rejim əleydarının Fələstinə dəstək olduqlarını göstərmək üçün Qlazqo şəhərindəki Corc Meydanına toplaşdığını bildiriblər.
BBC saytının verdiyi məlumata görə, etirazçılar İsrail rejiminə qarşı “Azad Fələstin” şüarlarını səsləndiriblər.
Şotlandiyalı parlamentari Amir Ənvər Qlazqodakı mitinqdən əvvəl yazdığı tvitində bunları qeyd etmişdi: “Minlərlə insan ailələri ilə birlikdə fələstinlilərin soyqırımına etiraz etmək üçün Corc Meydanına toplaşırlar”.
Fələstin tərəfdarları da şənbə və bazar günləri İngiltərə və İrlandiyada da nümayişlər təşkil etmişdilər. Minlərlə londonlu şənbə günü Fələstin xalqını dəstəkləmək və İsrail rejimi ordusunun hücumlarını pisləmək üçün nümayiş keçirmişdi. İştirakçılar Londonun Hayd Park bölgəsində toplaşaraq, Fələstin xalqına qarşı sionistlərin “vəhşicəsinə zorakılığına” son qoyulmasına kömək etmək üçün İngiltərə hökumətindən təcili hərəkətə keçməsini tələb etmişdilər.
Mitinqin keçirildiyi Hayd Parkdan Londondakı İsrail rejiminin səfirliyinə “Azad Fələstin” şüarları səsləndirilərək, böyük izdihamlı yürüş keçirilmişdi. / Deyerler.org