Fələstinin Qəzza zolağının İslami Fondlar Nazirliyi elan edib ki, terrorist sionist rejimi İsrailin hücumları nəticəsində bəzi məscid və dini məkanlara çoxlu zərər və ziyan dəyib.
Qəzza zolağının İslami Fondlar Nazirliyinin saytında deyilir ki, ötən 24 saat ərzində terrorist sionist rejiminin hücumları nəticəsində Qəzza zolağında yeddi məscidə düşən raket zərbələri məsicddə ciddi dağıntı törədib.
Bu hücumlar nəticəsində Qəzzanın Səlahuddin, Zeyd bin Harisə, Ali-Dərunə, Ali-İmran, Məhmud Təvalibə və Orta Məntəqədə yerləşən digər iki məsicd dağıdılıb.
Bundan əlavə Qəzzanın şilam bölgəsində İslami Fondun nəzdində olan digər iki məqbərə sionist rejimin hücumları zamanı zərər çəkib. /iqna