IQNA

İngiltərənin ölkə üzrə 23. Quran yarışlarının qalibləri bəlli olub

12:59 - May 23, 2021
Xəbər sayı: 3489889
İngiltərənin İslam Mərkəzi tərəfindən ildə bir dəfə olmaqla hər il mübarək Ramazan ayında keçirilən 23. Qurani-Kərimin tilavəti və hifzi yarışlarının qalibləri elan edilib.

İngiltərənin İslam Mərkəzi tərəfindən ildə bir dəfə olmaqla hər il mübarək Ramazan ayında keçirilən 23. Qurani-Kərimin tilavəti və hifzi yarışlarının qalibləri elan edilib.

Bu yarışlar hər il mübarək Ramazan ayında uşaqlar arasında, üç yaş kateqoriyasında, yəni 5-10 yaşlı uşaqlar, 11-15 yaşlı yeniyetmələr və 16 yaşdan yuxarı gənclər arasında keçirilir.

Hər il yüzdən çox yarışçının iştirakı ilə keçirilən Quran yarışlarında bu il koronavirus səbəbi ilə yarışçı sayı azalaraq cəmi 64 nəfər iştirak edib.

Oğlan və qızların iştirakı ilə keçirilən yarışda iştirakçılar öz kateqoriyalarına uyğun olaraq tilavət videolarını yarışların keçirilməsi komitəsinə göndəriblər.

Yarışların hakimlər heyəti iştirakçıların bacarıqlarını Quranın vəqf, ibtia, sout və ləhn və təcbid qaydaları əsasında dəyərləndiriblər.

Müxtəlif ölkələrdən olan müsəlman uşaqlarının iştirakı ilə keçirilən yarışların qalibləri bütün kateqoriyalar üzrə üç yer olmaqla mükafatlandırılıblar. / iqna

captcha