IQNA

Şotlandiya müsəlmanlarından gözəl addım

10:09 - May 28, 2021
Xəbər sayı: 3489923
Şotlandiyanın Aberdin şəhərinin İslami xeyriyyə təşkilatı istifadəsiz boş ərazini müasir futbol mərkəzinə çevirib. Onlar bu addımı həmin ərazidə yaşayan idmansevərlər üçün şəraiti yaxşılaşdırmaq üçün atıblar.

“Futbol icmanı birləşdirmək üçün əla üsuldur və biz insanları futbol sahəsində görməyi səbirsizliklə gözləyirik”, – deyə “5ives” futbol mərkəzinin direktoru və layihə qrupunun rəhbəri Humza Malik bildirib.

Fondun müdiri Aqil Əcazi deyib ki, yeni layihə bütün cəmiyyət tərəfindən dəstəklənib.

“Bildiyimiz kimi, yaxın aylarda açıq havada idmana tələbat artacaq, ona görə də kompleksin açılış zamanı ən yaxşı zamandır. Mərkəzdə – həm kollecə, həm də universitetlərə yaxın yerləşməsinin sayəsində gözləyirik ki, sahələr gənclər arasında olduqca məşhur olacaq”, – deyə Əcazi qeyd edib.

captcha