İsrail polisinin təhlükəsizlik tədbirləri altında bu gün onlarla yəhudi Məscidül-Əqsaya basqın edib.
Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Məscidül-Əqsa yaxınlığındakı hadisə şahidlərindən biri verdiyi açıqlamada "51 nəfər işğalçı yəhudi Məscidül-Əqsanın cənub-qərbindəki əl-Məğaribə (Mərakeş) qapısından həyətə qədər qruplar halında basqın təşkil etdi", - deyib.
Fələstinlilər yəhudilərin İsrail rejimi qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqınlar təşkil edərək bölgədə gərginliyin artmasına səbəb olduğunu söyləyib. / eastnews