IQNA

İmam Rzanın (ə) hərəmi Kəramət ongünlüyünə hazırlaşır

10:12 - June 12, 2021
Xəbər sayı: 3490038
İmam Musa Kazimin (ə) qızı və İmam Rzanın (ə) bacısı Həzrət Fatimeyi-Məsumənin (s) mövludu münasibətilə və 8-ci məsum rəhbər İmam Rzanın (ə) mövludu ərəfəsində Məşhəddə o həzrətin hərəmi güllərlə bəzədilib.

Həzrət Məsumənin (s) mövludu münasibətilə və İmam Rzanın (ə) mövludu ərəfəsində Məşhəddə o həzrətin hərəmi güllərlə bəzədilib. 
Kəramət ongünlüyü münasibəitlə İmam Rzanın (ə) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə bu bayram günləri münasibətilə müxtəlif proqramlar o cümlədən Quranla üns məclisləri,  uşaq və yeniyetmələr üçün xüsusi proqramlar, moizə və  dini şənliklər sağlamlıq protokollarına uyğun olaraq  təşkil olunur.  
Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22  iyuna kimi davam edir. 
Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. /maide.az
 
 
 
 
 
captcha