Kəramət ogünlüyü və Həzrət Məsumənin (s) mövludu münasibətilə o həzrətin hərəmi güllərlə bəzədilib.
Xanım Məsumənin (s) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır.
Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22 iyuna kimi davam edir.
Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.