IQNA

Müsəlman kişi 29 nəfəri intihardan xilas edib

12:48 - June 12, 2021
Xəbər sayı: 3490042
Qərbi London vağzalında işləyən müsəlman dəmir yol işçisi 29 nəfəri intihardan xilas etdiyi mükafatlandırılıb. Bu müsəlman kişi 30 yaşlı Şərqi London sakini Rizvan Cavid metro işçisidir.

Qərbi London vağzalında işləyən müsəlman dəmir yol işçisi 29 nəfəri intihardan xilas etdiyi mükafatlandırılıb. Bu müsəlman kişi 30 yaşlı Şərqi London sakini Rizvan Cavid metro işçisidir.

Onun sözlərinə görə, bu mükafatı almaq “heyranedicidir”.

“Bu, təkcə mənim üçün yox, bizim bütün komandamız üçün ağır işin simvoludur. Bu, mənə daha çox şeyə nail ola biləcəyimi xatırladır, səyahət davam edir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Cavid 2015-ci ildə intihar etmək riski olanlara yardım bilikləri ilə bağlı təlim keçib.

“Bu təlimin mənim karyeramın ən əvvəlində keçilməsi mənə əminlik və zəif insanları müəyyən edərək onlara yardım etmək anlayışı verdi”, – deyə Rizvan bildirib. /Shafaqna

captcha