IQNA

Kabulda şiələri terror etdilər

6:43 - June 13, 2021
Xəbər sayı: 3490047
Kabiu şəhərində ötən gün (12 İyun 2021) baş verən iki partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Bu partlayışlardan biri şiələrin yaşadığı Dəşt Pərçi məhəlləsində baş verib.

Əfqanıstanın paytaxtı Kabul şəhərində ötən gün (12 İyun 2021), günün ikinci yarısında, saat 3 radələrində baş verən iki partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Terror hadisənin biri Məhəmməd Əli Cənah xəstəxanasının önündə törədilib. 

Bu partlayışlardan digəri şiələrin yaşadığı Dəşt Pərçi məhəlləsində baş verib ki, bundan öncə də dəfələrlə terror hadisələrinin şadihi olub. 

Bu barədə "AvaPress" (Əfqanıstanın səsi) informasiya portalı Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verib.  

Məlumata əsasən, partlayışlar şəhərin iki rayonunda bir neçə dəqiqə fərqlə baş verib. Partlayışların hədəfi mülki vətəndaşları daşıyan iki mikroavtobus olub.    

Əfqanıstan Daxili İşlər Nazirliyi qurbanların sayının arta biləcəyini istisna etməyib. /iqna

Teqlər: terror ، təkfir ، şiə ، kabul ، vəhabi ، sələfi
captcha