IQNA

İraqda İŞİD-in qətlə yetirdiyi şiələrin kütləvi məzarlığı aşkar edildi - Foto

10:58 - June 15, 2021
Xəbər sayı: 3490065
Orada 123 insanın qalıqları aşkar edilib. Həmin insanlar 2014-cü ildə İŞİD terrorçularının Mosuldan şimalda yerləşən “Baduş” həbsxanasını tutarkən qətlə yetirdikləri insanlardır.

İraq təhlükəsizlik qüvvələri kütləvi məzarlıq aşkar ediblər.

Orada 123 insanın qalıqları aşkar edilib. Həmin insanlar 2014-cü ildə İŞİD terrorçularının Mosuldan şimalda yerləşən “Baduş” həbsxanasını tutarkən qətlə yetirdikləri insanlardır.

Qeyd edək ki, həmin insanların kimliklərini müəyyən etmək üçün itkin düşən şəxslərin qohumlarından qan nümunələri götürülür.

Hələ də minlərlə iraqlı İŞİD terrorçularının vəhşilikləri zamanı həyatlarını itirlən yaxınlarından məlumat ala biləcəklərinə ümid edirlər.

Xatırladaq ki, İŞİD 2014-cü ildə adıçəkilən həbsxananı ələ keçirib və oradakı təxminən 600 şiə müsəlmana qarşı kütləvi qırğın törədib.

İndiyədək İraqda İŞİD-in vəhşiliklərinin isbatı olan azı 200 kütləvi məzarlıq tapılıb. Həmin məzarlıqlarda 12 mindən çox insan basdırılıb. /əl-Ərəbiyyə

رفات تم استخراجها من المقبرة الجماعية لسجناء بادوش

رفات تم استخراجها من المقبرة الجماعية لسجناء بدوش

captcha