IQNA

Fanatik yəhudilər yenə əl-Əqsa məscidinə soxuldular

10:28 - June 16, 2021
Xəbər sayı: 3490075
Qüds İslami Fondlar İdarəsinin məlumatına görə, 54 radikal və fanatik sionist yəhudi, o cümlədən də ravvin İequda Qlik Bab əl-Məqarib qapılarından məscid ərazisinə soxulublar.

Radikal sionist yəhudilər İsrail terrorist qüvvələrinin müşayiəti altında müqəddəs Qüds şəhərindəki əl-Əqsa məscidi ərazisinə soxulmağa davam edirlər.

Qüds İslami Fondlar İdarəsinin məlumatına görə, 54 radikal və fanatik sionist yəhudi, o cümlədən də ravvin İequda Qlik Bab əl-Məqarib qapılarından məscid ərazisinə soxulublar.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən yazılı açıqlamada İsrail rejimi polisinin mühafizəsi altında olan yəhudi qrupun məscidin həyətlərində gəzdikdən sonra Məscidül-Əqsanı tərk etdiyi qeyd edilib.  

Digər tərəfdən, Məscidül-Əqsanın həyətindəki sosial media hesabından canlı yayım edən Qlik İsraildə qurulan yeni hökumətin müvəffəqiyyəti üçün dua etdiyini bildirib. /maide.az

captcha