IQNA

Şotlandiyada islamofob kişidən məscidə qarşı vandalizm aktı

9:58 - June 24, 2021
Xəbər sayı: 3490132
Polis Şotlandiyanın Sterlin şəhərində məscidə qarşı törədilmiş vandalizm aktını araşdırır. Belə k, yerli sakin islamofobiya zəminində məscid girişindəki ərazini murdarlayıb.

Polis Şotlandiyanın Sterlin şəhərində məscidə qarşı törədilmiş vandalizm aktını araşdırır.

Belə k, yerli sakin islamofobiya zəminində məscid girişindəki ərazini murdarlayıb.

Polisin məlumatına əsasən, islamofob kişi həmin əraziyə üzərində təhqirlər yazılmış daşlar və murdarlanmış tualet kağızı atıb.

Şübhəli tutulub və məhkəmə qarşısına çıxarılıb. Yaxın zamanda onun barəsində hökm çıxarılmalıdır.

captcha