ABŞ-ın İndiana ştatında 20 il öncə islamofob tərəfindən məhv edilmiş məscid bərpa ediləcək.
Evansvil şəhərində yerləşən sözügedən məscid ABŞ-da 11 sentyabr terror aktlarından sonra 28 yaşlı Con Kirkvud tərəfindən hücuma məruz qalıb.
Nəticədə Kirkvud 4 il müddətinə azadlıqdan məhrum edilib, müsəlmanlar isə təxminən 20 il müddətinə həmin məsciddən məhrum olublar.
Şəhər sakini Faraci Hart məscidin bərpasını öz üzərinə götürmək qərarına gəlib.
“Evansvil İndiananın 3-cü ən böyük şəhəridir. İndianapolis və Fort-Veyndə məscidlər var”, – deyə o, qeyd edib.
Hələ ki, layihə ilkin reallaşma mərhələsindədir.