IQNA

Miçiqan universitetində müsəlman məhsulları sərgiyə çıxarıldı

22:41 - July 04, 2021
Xəbər sayı: 3490212
Amerikanın Miçiqan universitetində digər dinlərin davamçılarını müsəlmanların həyat tərzi ilə tanış etmək üçün müsəlmanların incəsənət, mədəniyyət və sənaye nailiyyətlərini ehtiva edən sərgi hazırlanıb.

Amerikanın Miçiqan (Michigan) universitetində digər dinlərin davamçılarını müsəlmanların həyat tərzi ilə tanış etmək üçün müsəlmanların sosial, elmi, incəsənət, mədəniyyət və sənaye nailiyyətlərini ehtiva edən sərgi hazırlanıb.

Sərgidə Amerikanın Miçiqan əyalətinin Detroyt şəhərində yaşayan müsəlmanların məhsulları "Halal Metropolis" adlı sərgidə nümayiş olunur.

Müsəlman cəmiyyətinin sayına görə böyüklüyü və müxtəlifliyi ilə seçilən bu əyalətdə təşkil edilmiş sərgi İyul ayının 17-dək davam edəcək.

Sərgi "Stamps İncəsənət və Dizaynerlik İnstitutu"nun elmi işçisi Osman Xan və Dearborn şəhərinin Amerika-Ərəb Araşdırmaları Mərkəzinin direktoru Razi Cəfərinin təşəbbüsü ilə təşkil edilmişdir.

Sərgidə Amerikada yaşayan müsəlmanların siyasi, sosial, iqtisadi, tarix, incəsənət və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər əks etdirilir.

Qeyd edək ki, Amerikanın Miçiqan əyalətinin Detroyt şəhəri müsəlmanların sıx yaşadığı bir məkandır. Bu şəhərin məscidi Şimali Amerikanın ən böyük məscidlərindən biri hesab edilir. Bu məscidin 100 il tarixi var.

Şəhərdə yaşayan Ərəb kökənli müsəlmanlar da Amerikada məskunlaşmış ən qədim gəlmə irq hesab edilir. Onların arasında xristian da çoxdur. 2003-cü ildə verilən hesabata görə, bu əyalətdə yaşayan ərəblərin 58 faizi xristian və 42 faizi müsəlmandır. /iqna

 Miçiqan universitetində müsəlman məhsulları sərgiyə çıxarıldı

Front gallery view of Halal Metropolis, on view at Stamps Gallery (201 S. Division St., Ann Arbor) through July 17, 2021.

 

 

Teqlər: sərgi ، miçiqan ، halal ، mədəniyyət
captcha