IQNA

Qoca kişi Qana müsəlmanlarına 1400 Quran hədiyyə edib

10:48 - July 06, 2021
Xəbər sayı: 3490219
İordaniyalı Quran xadimi olan qoca kişi Məhəmməd Salim əl-Əyasirə Afrika ölkələrindən olan Qana respublikası müsəlmanlarına 1400 Quran hədiyyə edib.

Qoca kişi Qana müsəlmanlarına 1400 Quran hədiyyə edibIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rumonline"a istinadla verdiyi xəbərə görə, İordaniyalı Quran xadimi olan qoca kişi Məhəmməd Salim əl-Əyasirə Afrika ölkələrindən olan Qana respublikası müsəlmanlarına 1400 Quran hədiyyə edib.

Məhəmməd Salim əl-Əyasirə Quran hifzi layihəsi və Ərəb dili və ədəbiyyatı layihəsinin müəllifidir. O, köhnəlmiş Quran nüsxələrini alır, təmir və bərpa etdikdən sonra ehtiyaclı müsəlman ölkələrinə göndərir.

O, bu işlə ömürünün 50 ilini Allah kəlamına xidmət yoluna keçirmişdir.

Məhəmməd Salim əl-Əyasirə cari ildə Afrika ölkələrinə 5500 təmir edilmiş Quran nüsxəsi göndərmişdir.

O deyir ki, bu nüsxələrin çoxunu istifadəyə yararsız kağız anbarlarından taparaq təmir edir. Afrika ölkələrinə göndərmək üçün isə xeyriyyə cəmiyyətlərindən kömək alır. /iqna

captcha