Qüds İslam Vəqfləri İdarəsindən yayılan açıqlamada İsrail polisinin himayəsində olan 122 Yəhudi fanatikin Məscidül-Əqsanın cənub-qərbində yerləşən Əl-Maqaribə (Fas) darvazasından Harem-i Şərifə basqın etdikləri, Haram-i, Şərifin həyətlərində gəzdikdən sonra Məscidül-Əqsadan çıxdıqları bildirilib.
Qeyd edək ki Fanatik Yəhudilərin Hərəm-i Şərifə etdikləri bu cür basqınlar bölgədə gərginliyin tarıma çəkilməsinə səbəb olur.
Xatırladaq ki, 26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən Məscidül-Əqsa və Qüdsdəki Vəqflər, İordaniya Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyi yanında Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa, müsəlmanların ilk qibləgahıdır. /Şəfəqna