IQNA

ABŞ-da müsəlman şagirdlər bullinqə məruz qalır

16:52 - July 10, 2021
Xəbər sayı: 3490249
ABŞ-ın aparıcı müsəlman hüquq-müdafiə təşkilatı müsəlman gənclərin böyük hissəsinin təhsil müəssisələrində ksenofob bullinqə məruz qalması ilə bağlı narahatlığını ifadə edib.

ABŞ-ın aparıcı müsəlman hüquq-müdafiə təşkilatı müsəlman gənclərin böyük hissəsinin təhsil müəssisələrində ksenofob bullinqə məruz qalması ilə bağlı narahatlığını ifadə edib.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Massaçusets ştatındakı qolunun yeni hesabatında deyilir ki, aparılan sorğuya əsasən, ştatda təhsil alan hər 5 müsəlmandan 3-ü dini baxışlarına görə mənəvi və ya fiziki hücumlara məruz qalıb.

Sorğuda iştirak edən yuxarı sinif şagirdlərinin 33%-i bildirib ki, öz müsəlman kimliklərini gizlətmək üçün xarici görünüşlərini, rəftarlarını və ya adlarını dəyişmək məcburiyyətində qalıb.

Sorğu iştirakçılarının 17%-i isə düşmənlik zəminində onların hicablarına əl uzadılıb və ya başlarından çıxarılıb.

“Mən özüm də müsəlman olduğumu gizlədirdim”, – deyə gənclərlə bağlı qruplardan birinin rəhbəri Əzim Çaudxri qeyd edib. /iqna

captcha