Misrin Qahirə şəhərində keçirilən 52-ci beynəlxalq kitab sərgisində Quran-Kərimə aid olan ensiklopediyalar, əlyazma nüsxələr, hüsnxət və təzhib əsərləri və oxşar mövzularda 180 əsər nümayiş olunub.
Sərgidə diqqəti çəkən digər əsər isə Qurani-Kərimin hüsnxətt və təzhib ilə yazılmış əlyazma nüsxələrinin şah əsərlərindən söhbət edən
«روائع فن الخط والتذهيب القرآني: شاهکارهای خوشنویسی و تذهیب قرآن»
"Rəvaiul fənnul-xətt vət-təzhibil Qurani" adlı ensiklopediya olub.
Bu əsər öz mövzusunda yazılmış özünəməxsus özəllikləri olan came və hərətərəfli bir əsərdir. İslami təzhib və hüsnxətt mövzusunda həndəsəsi hesab edilir.
Əsərdə keçmiş əsirlərin ən önəmli əlyazma nüsxələri və onlarda işlənmiş təzhib və hüsnxətt metodları barədə dəqiq və orjinal məlumatlar yer almışdır.
Sərgi iştirakçıları bu əsəri İslami incəsənətin müxtəlif növlərin ideal və orjinal nümunəsi hesab ediblər.
Qeyd edək ki, Qahirə beynəlxalq kitab sərgisi 2021-ci ilin İyun ayının 30-da başlayıb və İyul ayının 15-dək davam edəcək. Sərgidə 1218 Misr nəşriyyatı və dünyanın 25 ölkəsindən 24 nəşqiyyat (Afrika:7; Asiya:12; Avropa:5;)iştirak edir. / iqna